BAXCP MNTK-nın sədri vəfat edib

11 Sentyabr 2021 13:01 (UTC+04:00)

COVİD-19 yeni növ koronavirusa yoluxan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (BAXCP MNTK) sədri Yeganə Mehdibəyli bu gün səhər saatlarında vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, Yeganə xanımı xilas etmək mümkün olmayıb.

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Yeganə Mehdibəylinin vəfatı ilə bağlı onun doğmalarına başsağlığı verib. BAXCP sədrinin başsağlığı məzmunlu açıqlamasında deyilir:

“Milli Azadlıq Hərəkatının və onun qadın qolunun fəal iştirakçılarından biri, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri Yeganə Mehdibəylinin vəfatı məni dərindən kədərləndirdi. Yeganə xanımın doğmalarına dərin hüznlə başsağlığı verirəm. Onun işıqlı xatırəsi daim qəlbimizdə yaşayacaq.
Allah rəhmət eləsin”.