ABŞ prezidenti sosial mediada qəzəbə tuş GƏLDİ

12 Sentyabr 2021 20:55 (UTC+04:00)

ABŞ prezidenti Co Baydenin həyat yoldaşı Cillin çıxışı zamanı naməlum istiqamətə getməsi ilə bağlı yayılan video sosial media istifadəçilərini qəzəbləndirib.

Aznews.az bildirir ki, bu görüntülər “C-SPAN” telekanalı tərəfindən yayımlanıb.

Ağ Evin rəhbəri və birinci xanım şagirdlər və valideynlərlə koronavirus pandemiyası və peyvəndləri müzakirə etmək üçün Vaşinqtondakı bir məktəbə gediblər. Həyat yoldaşının çıxışı zamanı onun yanında dayanan prezident birdən arxaya dönüb və uzaqlaşıb. Bir müddət sonra yenidən Cillə yaxınlaşıb.

Bəzi sosial media istifadəçiləri bu jesti qadına qarşı ictimai təhqir hesab ediblər.