Ermənistan XİN başçısı fransalı həmsədrlə görüşüb

13 Sentyabr 2021 19:58 (UTC+04:00)

Aznews.az xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün ATƏT-in Minsk qrupunun fransalı həmsədri Stefan Viskonti ilə görüşüb.

“Sputnik Armenia”yanın xəbərinə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

Görüşdə Fransa XİN-in Kontinental Avropa Departamentinin direktor müavini Silven Qiyoqe də iştirak edib.

Görüşdə Qarabağ nizamlanması ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri sentyabrın 6-da ATƏT-in Minsk qrupunun rusiyalı yeni həmsədri İqor Xovayevlə görüşüb.