"İran regional inkişaf, sülh və stabilliyin inkişafı üçün çalışacaq" - İran XİN

13 Sentyabr 2021 22:14 (UTC+04:00)

İran höküməti qonşu ölkələrlə münasibətləri bir prinsip olaraq izləyir.

Aznews.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin katibi Səid Xətibzadə deyib.

S.Xətibzadənin sözlərinə görə, prezident İbrahim Rəisinin başçılıq etdiyi hökümət qonşu ölkələrlə münasibətləri prioritet hesab edir.

S.Xətibzadə əlavə edib ki, İran balanslı şəkildə bütün qonşu ölkələrlə münasibətləri maksimum şəkildə inkişaf etdirəcək:

"İran bütün qonşuların iştirakı ilə regional inkişaf, sülh və stabilliyin inkişafı üçün çalışacaq".