Bütün dünyanın axtardığı azərbaycanlı qadınlar - FOTO

14 Sentyabr 2021 10:22 (UTC+04:00)

Azərbaycan isə cinayət əməllərinə görə axtardığı üç qadını İnterpolla beynəlxalq axtarışa verib.

Qırmızı bülletenlə bütün dünyada axtarılan 3 azərbaycanlı qadın hələ də tapılmır.

Onlar barəsində açıq mənbələrdə geniş məlumat yer almasa da, qısa informasiyanı və onların fotolarını təqdim edirik:

1984-cü ildə anadan olmuş 37 yaşlı Qızqayıt Hacıyeva insan alveri ittihamı ilə bağlı axtarışa verilib.

Goranboyda anadan olmuş, 1978-ci il təvəllüdlü Şöhrət Məmmədova insan alveri, fahişəliyə cəlb etmə ittihamı ilə axtarılır.

1971-ci ildə Qubada anadan olan Sevinc Səlimova isə xuliqanlıq ittihamı ilə siyahıya düşüb.

(Kriminalqafqaz.az)