Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri davam edir

14 Sentyabr 2021 16:06 (UTC+04:00)

Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə yaradılan "Qardaş Briqada" layihəsi çərçivəsində Çanaqqalaya göndərilən Azərbaycan hərbçilərinin hərbi təlimləri davam edir.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi tviter səhifəsində məlumat yayıb.

Təlimlər Çanaqqalanın 18-ci Mexanikləşdirilmiş Piyada Briqadası Komandanlığının Qərargahında davam etdirilir.