Hər 10 gəncdən 4-ü uşaq sahibi olmaqdan qorxur

14 Sentyabr 2021 17:22 (UTC+04:00)

10 ölkədə aparılan bir araşdırmaya görə, hər 10 gəncdən 4-ü uşaq sahibi olmaqdan qorxur.

AzNews.az xəbər verir ki, İngiltərə, ABŞ, Avstraliya, Braziliya, Finlandiya, Fransa, Hindistan, Nigeriya, Filippin və Portuqaliyadan 16-25 yaşlarında təxminən 10.000 gəncin iştirak etdiyi sorğu keçirilib.

Sorğunun nəticələrinə görə, hər 10 gəncdən 4-ü gələcəkdən, uşaq sahibi olmaqdan qorxur.

Gənclərin yarısı dünyanı gözləyən iqlim dəyişikliyi səbəbilə gələcəyə dair qayğıları olduğunu bildiriblər.

Qeyd edək ki, Birləşmiş Millətlər Uşaq Fondu (UNICEF) tərəfindən keçən ay nəşr olunan bir hesabatda dünyada təxminən 1 milyard uşağın təhlükədə olduğu yazılıb. İqlim dəyişikliyinə görə ən yüksək riskə malik 33 ölkədə yaşayan bu uşaqlar su, sağlamlıq kimi əsas xidmətlərdən lazımi şəkildə istifadə edə bilmirlər.

Şəbnəm Zahir