Berlində 500 min nəfərlik “Gey-parad“

24 İyun 2013 09:22 (UTC+04:00)
Dünən Almaniyanın paytaxtı Berlin şəhərində 35 ildir davam edən "Gey-parad"ın növbəti il dönümü qeyd olunub.

Hər il 23 iyunda "Sevgi və qarşılıqlı hörmət" adı altında keçirilən "Gey-parad" da iştirak edən şəxslərin sayı bu il ötən illərə nisbətdə daha çox olub.

Dünənki paradda 500 min insanın iştirak etdiyi bildirilir.

AzNews.az xarici mətbuata istinadən bildirir ki, "Gey-parad"da iştirak edən şəxslərin əksəriyyəti qırmızı kostyumlarda olub.

Məlumat üçün deyək ki, Almaniya cinsi azlıqların nikahına "hə" deyən az ölkələrdən biridir. Hazırda ölkədə 30 min cinsi azlıq rəsmi şəkildə nikahdadır.

Aynur Hüseynova
AzNews.az