Bu il Azərbaycanda nikahların sayı 50 faizə qədər artıb

14 Sentyabr 2021 19:27 (UTC+04:00)

Bu il Azərbaycanda nikahların sayı ötən illə müqayisədə 50 faizə qədər artıb.

Aznews.az xəbər verir ki, 2021-ci ilin yanvar-iyul aylarında qeydiyyat şöbələri tərəfindən 30 289 nikaha daxilolma və 9 692 boşanma halları qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,5-dən 5,2-yə, boşanmaların sayı isə 1,4-dən 1,7-yə qədər artıb.