Yaqub Zurufçu "Qurd qapısı" qəbiristanlığında dəfn edilib

15 Sentyabr 2021 13:37 (UTC+04:00)

Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçu “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.

Mərhum Xalq artistləri Arif Quliyev və Rafiq Hüseynovun (Rəmiş) yanında torpağa tapşırılıb.

Dəfn mərasimində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov və digər mədəniyyət nümayəndələri iştirak ediblər.

11:02

Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçunun dəfn olunacağı yer müəyyənləşib.

Mədəniyyət Nazirliyindən bildirilib ki, mərhum bu gün saat 13:00-da Bakının "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.

O, Xalq artistləri Arif Quliyev və Rafiq Hüseynov (Rəmiş) yanında dəfn olunacaq.

Qeyd edək ki, Y.Zurufçu ötən gün "Yeni klinika"da vəfat edib.

Allah rəhmət eləsin!