Cahit Bağçı Türk şəhidliyini ziyarət edib

15 Sentyabr 2021 16:33 (UTC+04:00)

Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə Türk şəhidliyində anım mərasimi keçirilib.

Mərasimə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, səfirliyinin əməkdaşları qatılıb.

Səfir Cahit Bağçı abidənin qarşısına əklil qoyub.

Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edilməsi zamanı şəhid olan türk hərbçilərinin ruhu yad edilib.