Azərbaycanda tanınmış idmançı həbs edilib

15 Sentyabr 2021 16:59 (UTC+04:00)

Azərbaycanda tanınmış idmançı həbs edilib.

Dünya və Avropa çempionu Xəyyam Səfixanov Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun üzərinə baxış keçirilərkən 5,012 qram heroin, 0,072 qram metafitamin, 2,475 qram tramadol aşkarlanıb.

Onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Sabunçu Rayon Məhkəməsinin qərarı ilə X.Səfixanovun barəsində həbs qətimkan tədbiri seçilib.