Azərbaycan və Belarus hərbi maliyyəçilərinin işçi görüşü keçirilib

15 Sentyabr 2021 18:58 (UTC+04:00)

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq planına əsasən sentyabrın 15-də Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində maliyyə təminatı sahəsində təcrübə mübadiləsinə dair işçi görüşü keçirilib.

Müdafiə Nazirliyindən Aznews.az-a verilən məlumata görə, görüşdə hər iki ölkənin Müdafiə nazirliklərinin maliyyə və büdcə sahəsinə cavabdeh qurumlarının vəzifəli şəxsləri və mütəxəssisləri arasında qarşılıqlı fikir mübadiləsi aparılıb.
Həmçinin, görüşdə maliyyə təminatı məsələsi və qabaqcıl təcrübənin tətbiqi ilə bağlı təkliflər dinlənilib.