Səyyad Əlizadənin bacısı Prezidentdən kömək istədi

16 Sentyabr 2021 13:39 (UTC+04:00)

Koronavirusa yoluxan müğənni Səyyad Əlizadənin bacısı Səidə Əliyeva Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevaya müraciət edib.

AzNews.az xəbər verir ki, o S. Əlizadənin müalicəsi ilə bağlı kömək istəyib.

"Sizdən kömək istəyirəm. Bəhram Bağırzadəni xalqa qaytaran həkimlər onu da qaytarsınlar. Mehriban xanım ümid yerim sizsiniz”.