"Qarabağ" Konfrans Liqasında ilk matça çıxıb

16 Sentyabr 2021 21:19 (UTC+04:00)

"Qarabağ" Bakı Olimpiya Stadionunda UEFA Avropa Konfrans Liqası çərçivəsində ilk matçına çıxıb.

Aznews.az xəbər verir ki, Ağdam klubu "H" qrupu çərçivəsində İsveçrənin "Bazel" klubunu qəbul edir.

Qeyd edək ki, bu gün həmin qrupda digər matçda "Kayrat" (Qazaxıstan) "Omoniya" (Kipr) ilə qarşılaşıb.