MM-də “Bədən tərbiyəsi və idman haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılacaq

16 Sentyabr 2021 23:10 (UTC+04:00)

Milli Məclisdə “Bədən tərbiyəsi və idman haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılacaq.

Aznews.az xəbər verir ki, qanun layihəsi Milli Məclisin Gənclər və idman komitəsinin 2021-ci il payız sessiyası üçün İş planına daxil edilib.

Qeyd edək ki, hazırda qüvvədə olan “Bədən tərbiyəsi və idman haqqında” qanun 2009-cu ildə qəbul edilib.