Mübariz Mənsimov dünyanın məşhur simalarını “Palmarina Bodrum”a yığdı - Fotolar

24 İyun 2013 10:00 (UTC+04:00)


Türkiyədə azərbaycanlı iş adamı Mübariz Mənsimova aid olan "Palmarina Bodrum" əyləncə adası yeni mövsüm üçün açılıb.

Açılış mərasimində M. Mənsimovla yanaşı azərbaycanlı iş adamı Telman İsmayılov, müğənnilər Ajda Pekkan və Nikolay Baskov da qatılıb.

"Doğan Holdinq"in fəxri başqanı Aydın Doğan və çox sayda türk iş adamının qatıldığı mərasim gecə saatlarına qədər davam edib.

Qeyd edək ki, "Palmali" Şirkətlər Qrupu Yalıkavakdakı Palmarina Bodrumda yerləşən "Billionaire Club" ve "Cipriani" İtlayan restoranını 42 milyon dollara satın alıb.

Palmali Qrup bu layihəsi ilə Türkiyədə ilk dəfə olaraq meqa yaxta layihəsini də həyata keçirməyə başlayıb.

Bu ilin mayında başa çatan layihəyə əsasən ərazidə ümumilikdə 710 qayıq bağlamaq üçün bütün imkanlar mümkündür. Həmçinin dünyanın ən seçilən markaları burada mağazaya sahib olmaq üçün yarışa giriblər.

Elnarə
AzNews.az