Lionel Messinin PSJ-dəki maaşı açıqlanıb

18 Sentyabr 2021 09:41 (UTC+04:00)

"LEquipe" nəşrinin xəbərinə görə, 34 yaşlı hücumçu ilk ildə 30 milyon avro qazanacaq.

Argentinalı forvard növbəti iki mövsüm Paris təmsilçisində qalsa, sadiqlik bonusu sayəsində məvacibi 10 milyon avro artacaq.

Qeyd edək ki, Lionel Messi PSJ ilə 2+1 illik müqavilə imzalayıb. O, avqustun 5-də İspaniyanın "Barselona" klubundan ayrılıb.