Vilayət Eyvazovdan yeni təyinat

20 Sentyabr 2021 12:50 (UTC+04:00)

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

AzNews.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis kapitanı Bədirşah Vəlimətov Ucar Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin rəisi təyin olunub.

O, bu təyinata qədər Siyəzən RPŞ-nin İstintaq Bölməsinin rəisi işləyib.