Səyyad Əlizadədən xəbər var

20 Sentyabr 2021 13:44 (UTC+04:00)

Hazırda Mərkəzi Gömrük Hospitalında koronavirusla mübarizə aparan tanınmış müğənni Səyyad Əlizadə Ekstrakorporal Membran Oksigenasiya (ECMO) aparatına qoşulub.

Müğənninin oğlu Atabəy Əlizadə atasının son durumu haqda AZXEBER.COM-a açıqlama verib.

O deyib ki, Səyyad Əlizadənin vəziyyətinin ağır olaraq qalır:
"Hələ də xüsusi aparata qoşuludur. Vəziyyəti ağır olaraq qalır, həkimlər bir dəyişikliyin olmadığını deyir. Yenə də əvvəlki kimi ağır-stabildir”.