İran maşınları Gorus-Qafan yolundan niyə imtina edir?

21 Sentyabr 2021 16:17 (UTC+04:00)

İran yük maşınlarının, əsasən yanacaq daşıyan tırların Qarabağda səfər etməsi səbəbi ilə Azərbaycan öz ərazisindən keçən yoldan, öz ərazisində təhlükəsizlik riskləri formalaşdıran bu məsələni nəzarət altına aldı və öncə yolu bağladı, daha sonra isə gözmrük rüsumu tətbiq etdi.

Bir məqamı xüsusi qeyd etmək istəyirəm ki, gömrük rüsumlarının tətbiqi heç bir halda İrana qarşı bir təzyiq forması deyil, bu sadəcə İranın Azərbaycan ərazisindən istifadə edərək nə daşımasına nəzarət aktıdır.

Biz İranın Qarabağ ermənilərinə nə daşımasını müəyyənləşdirmək üçün keçid məntəqələri qurub, sonra da məntiqi olaraq gömrük rüsumu tətbiq etdik.

Ermənistana yük daşıyan bu İran yük maşınları Ermənistanın özündə gömrük rüsumu ödədiyi halda bizim ərazidən istifadə edən İran yük maşınları Azərbaycana da gömrük rüsumu ödəməlidir.

Ancaq əlbəttə, İran və Ermənistan arasında yükdaşımalar üçün istifadə olunan Gorus-Qafan yolu Ermənistan və İran üçün strateji bir nəqliyyət xəttidir.

Gorus – Qafan yolundakı bu vəziyyət Ermənistan üçün ciddi logistik problemlər yaradır və həm də İrandan enerji daşınmaları baxımından, Ermənistanın enerji təhlükəsizliyi üçün də vacib əhəmiyyətli yoldur.

Ancaq bu yol həm də böyük pulların dövr etdiyi yoldur, bu yoldan hər il təxminən 25 min yük avtomobili İran və Ermənistan arasındakı sərhədi keçir, bu da Ermənistan üçün həm də ciddi maliyyə qaynağıdır.

Çünki yük maşınlarındakı daşımalara görə kifayət qədər böyük pullar ödənilir , bu yolun bağlanması həm də Ermənistan büdcəsini bu maliyyə qaynağından məhrum etmək anlamına gəlir.

İran maşınları Gorus-Qafan yolundan niyə imtina edir sualına gəlsək, bu imtina uzunmüddətli deyil. Məsələ ondadır ki, istər Ermənistan, istərsə də İran üçün Gorus-Qafan yolunun alternativi indi mövcud deyil.

Elan etdikləri təcili tikilən və alternativ yol kimi nəzərdə tutulan ikinci yol isə böyük yük daşımaları üçün əlverişli deyil, qarşıdan gələn qış ayları üçün isə ümumiyyətlə işlək deyil.
Həm də bu yol çəkilsə belə Ermənistanın İranla mövcud enerji şəbəkələrinin hamısını əhatə etməyəcək. Biz tez-tez iki ölkə arasında dəmir yolunun tikintisi və ya iki dağ altı tunel tikmək kimi, mövcud daşınmalara görə iqtisadi rentabelliyi olmayan layihələrdir.
Odur ki, hal hazırda bu yolun sadəcə alternativi yoxdur.

Ermənistan hakimiyyətinin sələndirdiyi Şimal-Cənub nəqliyyat dəhlizinin daşınmaları üçün marşrut kimi nəzərdə tutlur kimi fikirləri isə, blefdir, çünki mövcud komunikasiyalarda bu ancaq Zəngəzur koridorundan ya da elə bu Gorus-Qafan yolundan istifadə ediləcək.

Bu isə o deməkdir ki, istənilən halda Ermənistanın enerji və iqtisadi təhlükəsizliyinin açarı Bakının əlindədir.

Hal-hazırda isə, Ermənistan şəhərləri arasındakı magistral yollarında daşınmalar Azərbaycanın şərtləri əsasında həyata keçir.

Yeganə Hacıyeva