İran xarici işlər nazirinin müavini Bakıya gəlir

21 Sentyabr 2021 16:34 (UTC+04:00)

İranın xarici işlər nazirinin müavini və Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Məhəmməd Kazım Səccadpur bu gün Bakıya 3 günlük səfərə gələcək.

İranın Azərbaycandakı səfirliyindən verilən xəbərə görə, səfər çərçivəsində o, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan-Türkiyə-İran arasında üçtərəfli münasibətlər” mövzusunda keçiriləcək konfransda iştirak edəcək.

Məhəmməd Kazım Səccadpur Azərbaycanın bir sıra rəsmiləri ilə də görüşəcək