Ceyhun Bayramov Nyu-Yorkda Mövlud Çavuşoğlu ilə görüşüb

21 Sentyabr 2021 19:22 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.

Aznews.az xəbər verir ki, bu barədə C.Bayramov “Twitter” hesabında yazıb.

Nazir bildirib: “Qardaşım Mövlud Çavuşoğlu ilə BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində görüşdük”.