Qubada 1 ilə görüləcək işlər 4-5 aya necə yekunlaşıb? - VİDEO

24 İyun 2013 11:01 (UTC+04:00)
"Quba rayonunda təmir-tikinti işləri gücləndirilib. Sürətlə inkişaf edən rayon demək olar ki, hər gün dəyişir. Şəhərdə çoxmərtəbəli yaşayış evlərinin tikilməsi, evlərin dam örtüyü və fasadların pulsuz qurulması və yaşıllıqların artması inkişafın gözlə görünən tərəfidir. Halbuki inkişaf Qubanın həyatının hər sahəsində hiss olunur".

Bunu AzNews.az-a açıqlamasında rayon icra başçısının müavini Yusif Abidov deyib. Onun sözlərinə görə, "Regionların Sosial-İqtisadi İnkişafına dair Dövlət Proqram"nın həyata keçirilməsi bölgənin əhalisi üçün geniş imkanlar açıb:

"Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun tikilib istifadəyə verilməsi, Qubanın 30-a yaxın kəndlərinə yeni yolların və digər kəndlərində torpaqtökmə işlərinin görülməsi, rayondaxili yollara asfalt çəkilməsi, yeni sosial obyektlərin inşası, su-kanalizasiya, meliorasiya və irriqasiya sistemlərinin yenidən qurulması, əhalinin içməli su təchizatının yaxşılaşdırılması, ən əsası 33 dövlət əhəmiyyətli obyektlərin son 6 ayda tikilməsi, Şəhidlər xiyabanının yenidən qurulması və sair işlər bu dediklərimizə əyani misaldır. Quba RİH başçısı Mübariz Ağayev Quba rayonunda 1 ilə bitəcək işləri 4-5 aya həll edib.

Ölkəmizin ən mühüm turizm bölgələrindən olan Qubaya hər gün müxtəlif xarici ölkələrdən qonaqlar gəlir. Artıq turistlərə təqdim edəcəyimiz tarixi əhəmiyyətli yerlər var. Belə ki, rayonda turistləri Soyqırım" Abidə kompleksi, rayonda yaşayan azsaylı xalqların adət-ənənələri ilə tanış etmək üçün planlı iş aparılır".




Ruhiyyə
Aznews.az