Azərbaycanda COVID-19 əleyhinə vurulan vaksinlərin sayı 8 milyonu ötüb

21 Sentyabr 2021 19:44 (UTC+04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 65 849 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Aznews.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 737, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 49 112 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 043 423, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 636 579, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 406 844 təşkil edir.