İqtisadi Şurada 2022-ci ilin büdcə layihəsi müzakirə edilib

21 Sentyabr 2021 20:55 (UTC+04:00)

Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclası keçirilib.

Aznews.az xəbər verir ki, Nazirlər Kabinetindən verilən məlumata görə, iclasda 2022-ci il və sonrakı üç il üçün dövlət və icmal büdcə layihələri, 2021-2025-ci illər üzrə yenilənmiş makroiqtisadi proqnozlar, həmçinin Dövlət Sosial Müdafiə Fondu və İşsizlikdən sığorta fondunun 2022-ci il üçün büdcə layihələri müzakirə olunub.