Gəncədə ana və oğlunu avtomobil vurub

21 Sentyabr 2021 21:58 (UTC+04:00)

Gəncədə 2 piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

Aznews.az xəbər verir ki, hərəkətdə olan "Mercedes" markalı minik maşını yolu keçmək istəyən ana və oğlunu vurub. Onların hər ikisi xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.