Distant təhsil tələbi ləğv EDİLDİ

22 Sentyabr 2021 19:13 (UTC+04:00)

Distant təhsil tələbi ləğv edilib və əyani təhsilə keçid müəyyən edilib.

Aznews.az xəbər verir ki, bu, Nazirlər Kabineti "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nda etdiyi dəyişikliklərə verdiyi izahda bildirilib.

Qeyd edilib ki, təhsil alanların dərslərdə əyani iştirakının könüllülük prinsipi əsasında olması ləğv edilib.