Nyu-Yorkda ATƏT Minsk qrupu həmsədrlərinin görüşü planlaşdırılır

22 Sentyabr 2021 21:08 (UTC+04:00)

Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində ATƏT Minsk qrupu həmsədrlərinin görüşü planlaşdırılır.

Aznews.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko TASS agentliyinə müsahibəsində deyib.

O bildirib ki, bu görüşün baş tutması Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinin müəyyən cizgilər əldə etdiyinin işarəsi ola bilər.