Azərbaycanda pul kütləsi 20 faizdən çox artıb

22 Sentyabr 2021 21:16 (UTC+04:00)

2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanda pul kütləsi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 21,2 faiz artaraq 21,95 milyard manat təşkil edib.

Aznews.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatına istinadən məlumat verir.

Qeyd olunur ki, hesabat dövründə dövriyyədəki nağd pul kütləsinin həcmi 11,6 faiz artaraq 10,99 milyard manat, geniş pul kütləsi 16,2 faiz artaraq 31,3 milyard manata, sövdələşmələr üçün pul 20,7 faiz artaraq 18,94 milyard manata bərabər olub