ABŞ və Avropa İttifaqı yoxsul ölkələrə vaksin verəcək

22 Sentyabr 2021 21:54 (UTC+04:00)

ABŞ və Avropa İttifaqı koronavirusa qarşı peyvəndləri aztəminatlı ölkələrə köçürmək və bu sahədə yanlış məlumatlarla mübarizə aparmaq üçün birgə fəaliyyət göstərəcək.

Aznews.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden videokonfrans vasitəsi ilə keçirilən pandemiya ilə mübarizə sammitinin açılışında deyib.

"Bu gün tərəfdaşlarımızla daha yaxından işləmək və qlobal vaksinasiyanı genişləndirmək üçün birgə fəaliyyətə başlayırıq", - Bayden bildirib.

Bayden gələn ilin ilk yarısında koronavirusla mübarizə mövzusunda zirvə görüşü keçirməyi də təklif edib.