Son sutkada 1356 nəfər koronavirusa yoluxub

22 Sentyabr 2021 20:47 (UTC+04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1356 yeni yoluxma faktı qeydə alınıb, 2651 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Aznews.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.