Bakıda yaşayış evi yanıb: xəsarət alanlar var

24 İyun 2013 11:23 (UTC+04:00)
Bakıda yaşayış evi yanıb.

Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Biləcəri Dəmir Yolu Stansiyasının ərazisindəki evlərdən birində qeydə alınıb.

Zəngilan rayon sakini Babək Cavadova məxsus evdə baş verən yanğın nəticəsində bütövlükdə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Yanıq xəsarəti alan B.Cavadov və bacısı Səhər Cavadova xəstəxanaya yerləşdirilib.

AzNews.az