"Taliban" Rusiyadan yardım istəyib

24 Sentyabr 2021 10:14 (UTC+04:00)

"Rusiya Əfqanıstanla BMT arasında vasitəçi ola bilər".

Bunu “Taliban” hökumətinin mədəniyyət və informasiya nazirinin müavini Zəbiullah Mücahid “RİA Novosti”yə müsahibəsində bildirib.

“Rusiya BMT ilə bizim aramızda, o cümlədən sanksiyalarla təzyiqlərin səviyyəsinin azaldılması məsələsində vasitəçi ola bilər”, - o qeyd edib.

Z.Mücahid deyib ki, “Taliban” Rusiyadan Əfqanıstanda sülhün yaranması, eləcə də başqa dövlətlərlə münasibətlərin bərpası üçün səy göstərməsini istəyib.

Qeyd edək ki, "Taliban" BMT-də xüsusi nümayəndəsinin tanınmasını istəyib. (Report)