Həftəsonu ictimai nəqliyyata qoyulan qadağa bu tarixdən ləğv edilir

24 Sentyabr 2021 18:12 (UTC+04:00)

Həftəsonu ictimai nəqliyyatın fəaliyyətinə qoyulmuş qadağa 2021-ci il oktyabrın 1-dən etibarən ləğv edilib.

Aznews.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qərara əsasən, Bakı Metropolitenində də sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı məhdudiyyət ləğv olunur.