Vətən müharibəsi şəhidinin qardaşı ölməyib - YENİLƏNİB

25 Sentyabr 2021 19:10 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, Vətən müharibəsinin şəhidi Bəhruz İsgəndərovun qardaşı, 38 yaşlı Pərviz İsgəndərov yaşadığı evin darvazasında hündürlükdə olan bayrağı dəyişərkən yıxılıb.

Aznews.az xəbər verir ki, xəstəxanadan verilən məlumata görə, P.İsgəndərovun vəziyyəti çox ağırdır.

Qeyd edək ki, bu gün P.İsgəndərovun hadisə nəticəsində dünyasını dəyişməsi ilə bağlı xəbər yayılmışdı.

XXX

Gəncədə bədbəxt hadisə qeydə alınıb.

Aznews.az xəbər verir ki, 38 yaşlı Pərviz İsgəndərov yaşadığı evin darvazasında hündürlükdə olan bayrağı dəyişərkən yıxılıb. O, dərhal xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq P. İsgəndərov xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Pərviz İsgəndərov Vətən müharibəsinin şəhidi Bəhruz İsgəndərovun qardaşıdır.