Qəbələdə canavar kəndə hücum edib

26 Sentyabr 2021 13:24 (UTC+04:00)

Qəbələ rayonunda canavar kəndə hücum edərək 52 baş qoyunu parçalayıb.

Hadisə gecə saatlarında Yengicə kəndində baş verib.

Belə ki, kənd sakini Vaqif Səmədovun təsərrüfatına hücum edən canavar 100 baş qoyundan 52-ni parçalayıb, bir qisminə isə xəsarət yetirib.

Təsərrüfata ərazi baxımından yaxın olan baytarlıq xidməti tərəfindən baxış keçirilib, tələf olmuş heyvanlar dərmanlanaraq basdırılıb.

Qeyd edək ki, təsərrüfat sahibi Vaqif Səmədova 10 000 manata yaxın ziyan dəyib.(Report)