Hörümçək aparıcını qorxutdu- Video

24 İyun 2013 12:37 (UTC+04:00)
Kanadanın "Global BC" telekanalında hava proqramının aparıcısı verilişi yarımçıq saxlamalı olub.

Canlı yayımda ekranda görünən hörümçək aparıcının qorxması və bir neçə dəqiqəlik efir fasiləsinin yaranması ilə nəticələnib. Hörümçəyin rejissor tərəfindən yığışdırılmasından sonra aparıcı tamaşaçılardan üzr istəyərək, proqrama davam edib.

Aynur Hüseynova
AzNews.az