Azərbaycanlı “meşə canavarı” həbs olundu - Rusiyada

24 İyun 2013 12:52 (UTC+04:00)


Ermənilərin də olduğu dəstə nadir ağacları kəsərək, xaricə satmaqda ittiham edilir



Uzaq Şərqdə Rusiya meşələrindəki ağacların kəsilməsi və xaricə satılması ilə məşğul olan və azərbaycanlıların da iştirak etdiyi transmilli cinayətkar dəstə ifşa olunub. Bu barədə məlumatı Rusiya Daxili İşlər Nazirliyinin Uzaq Şərq Federal Dairəsi üzrə baş idarəsinin rəisi Yevgeniy Kujel verib.
"An Onlayn"ın məlumatına görə, yerli sakinlər və azərbaycanlılardan başqa Çin və Ermənistan vətəndaşları da cinayətkar dəstənin işində iştirak ediblər.
Dəstə nadir ağacları kəsərək, xaricə satmaqda ittiham edilir. "Meşə canavarları" adlanan dəstə üzvlərindən 40 qədər odlu silah üçün mərmi və külli miqdarda pul vəsaiti müsadirə edib.

Elnarə
AzNews.az