Rəqsanə evsiz qalıb

24 İyun 2013 13:12 (UTC+04:00)
Müğənni Rəqsanənin borc qalmaqalı yenidən gündəmə gəlib. Mətbuatda yayılan məlumata görə, Rəqsanə bankdan aldığı krediti qaytarmadığından məhkəməyə verilib. Məhkəmənin qərarı ilə müğənninin evinin də onun əlində alınması yayılan məlumatlar sırasındadır.

Müğənninin vəkili Xalid Bağırov isə AzNews.az-a açıqlamasında bildirdi ki, yayılan bu xəbərlər köhnə məsələdir: "Bu məsələ ilə bağlı haradasa il yarım bundan əvvəl məhkəməyə müraciət olunub. Yeni bir şey deyil, köhnə məsələdir. Hələ məhkəmə çəkişməsi davam edir".

Rəqsanənin evinə məhkəmə tərəfindən əl qoyulmasına gəlincə isə vəkil bunları dedi: "Hansı evi? Evi var ki, əlindən alsınlar?"

Bahar Rüstəmli
AzNews.az