Rusiya MN Dağlıq Qarabağın kontur xətlərini xəritədən sildi - FOTO

27 Sentyabr 2021 10:28 (UTC+04:00)

Bu barədə AzNews.az Turan-a istinadən xəbər verir.

Son dəfə keçmiş DQMV-nin konturunu 20 sentyabr 2021-ci il tarixli xəritədə görmək mümkün idi.

10 iyul 2021-ci ildə Prezident İlham Əliyev bəyan edib: “Dağlıq Qarabağ region üçün düzgün ad deyildir. Belə ərazi vahidi yoxdur və belə adı istifadə etmək olmaz”. Dövlət başçısı beynəlxalq təşkilatları və ölkələri “Dağlıq Qarabağ” termini tətbiq etməməyə çağırıb.

Qeyd edək ki, öncə Rusiya sülhməramlılarının göstərişi ilə Azərbaycanın Xocavənd rayonu, Amarasdakı alban məbədinin damından qanunsuz rejimin bayrağı yığışdırılıb.