YAP Anım günü ilə bağlı bəyanat qəbul edəcək

27 Sentyabr 2021 15:17 (UTC+04:00)

YAP-dan verilən məlumata görə, partiyanın nümayəndələri Fəxri xiyabanın önündə qurulan monitorda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 Sentyabr – Anım Günü ilə bağlı Azərbaycan xalqına müraciətini izləyiblər. Dövlətimizin başçısının müraciəti alqışlarla qarşılanıb.

Daha sonra partiyanın nümayəndələri Fəxri xiyabanda müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil və gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini böyük ehtiramla yad ediblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

YAP nümayəndələri tərəfindən Şəhidlər xiyabanıda ziyarət olunub, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub, gül dəstələri düzülüb.

Bu gün eyni zamanda YAP-ın Anım gününə həsr olunmuş böyük konfransı keçiriləcək. Tədbirin sonunda bəyanat qəbul olunacaq.