Mais Bərxudarov Şuşanın Bayraq meydanında Azərbaycan bayrağı qaldırıb

27 Sentyabr 2021 15:30 (UTC+04:00)

"General-mayor Mais Bərxudarov Şuşanın Bayraq meydanında üçrəngli bayrağımızı ucaldıb".

Bu barədə Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov özünün rəsmi tvitter səhifəsində paylaşım edib.

"Bu gün Anım Günü ilə bağlı Şuşanın Bayraq meydanında Dövlət Himnimizin sədaları altında general-mayor Mais Bərxudarovla üçrəngli bayrağımızı qaldırdıq. Sonra qəhrəman Azərbaycan əsgərləri Şuşa qalası istiqamətində yürüş etdilər", - o vurğulayıb.

Bu gün Anım Günü ilə bağlı Şuşanın
Bayraq meydanında Dövlət Himnimizin sədaları altında general-mayor Mais Bərxudarovla üçrəngli bayrağımızı qaldırdıq. Sonra qəhrəman Azərbaycan əsgərləri Şuşa qalası istiqamətində yürüş etdilər. #AMINGÜNÜ pic.twitter.com/KJUm5mELTK

— Aydin Karimov (@AydinKarim2020) September 27, 2021