Çavuşoğlu Vətən müharibəsi şəhidlərini yad edib

27 Sentyabr 2021 19:29 (UTC+04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 27 sentyabr Anım Günü ilə əlaqədar tviter hesabında paylaşım edib.

Paylaşımda deyilir:

"Can Azərbaycanın Vətən müharibəsində qazandığı zəfərin ilk addımı bir il öncə bu gün atıldı! Qarabağı Azərbaycana qovuşduran igid qardaşlarımıza salam olsun! Qəhrəman azərbaycanlı şəhidlərimizi rəhmət və hörmətlə yad edirəm".