Selçuk Bayraktar Anım Günü ilə bağlı paylaşım edib

27 Sentyabr 2021 23:16 (UTC+04:00)

Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar 27 sentyabr - Anım Günü ilə bağlı tvitterdəki hesabında paylaşım edib.

Aznews.az-ın məlumatına görə, Selçuk Bayraktar paylaşımda yazıb:

“Bu gün can Azərbaycanımızın Qarabağ Zəfərinin başlanğıcının birinci ildönümüdür. Əziz şəhidlərimizin ruhları şad, qəhrəman qazilərimizin əhvalı uca, müqəddəs Zəfərimiz mübarək olsun”.

Paylaşımda “Qarabağ Azərbaycandır!” şüarı da əksini tapıb.