Pakistan Abidəsi Azərbaycan bayrağı ilə işıqlandırılıb

27 Sentyabr 2021 23:59 (UTC+04:00)

Pakistan İslam Respublikasının paytaxtı İslamabadın rəmzi sayılan Pakistan Abidəsi (Pakistan Monument) 27 Sentyabr - Anım Günü ilə əlaqədar xüsusi dizaynla işıqlandırılıb.

Aznews.az bildirir ki, bu barədə Azərbaycan Respublikasının Pakistandakı Səfirliyindən bildirilib.

İşıqlandırma prosesində Azərbaycanın dövlət bayrağı təsvir olunub.