Daşkəsən sakinlərinin meyitlərinin minalanmış ərazidən çıxarılması niyə yubanır?

28 Sentyabr 2021 14:52 (UTC+04:00)

Daxili İşlər Nazirliyi (DİN) Göygöl-Kəlbəcər rayonları arasında yerləşən minalanmış ərazidən götürülməsinin yubanması ilə bağlı məsələyə aydınlıq gətirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, hava şəraiti səbəbindən minaya düşən şəxslərin meyitləri ərazidən çıxarıla bilmir.

Qeyd edək ki, bu ilin iyul ayının 30-da Daşkəsən rayonunun Alaxançallı kənd sakinləri - 2010-cu il təvəllüdlü İsmət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmov itkin düşüb. Sentyabrın 24-də həmin şəxslərin meyitləri Göygöl-Kəlbəcər rayonları arasında yerləşən minalanmış ərazidə tapılıb.