TÜRKPA-nın plenar iclasında Zəngəzur dəhlizi ilə bağlı məsələ qaldırılıb

28 Sentyabr 2021 15:17 (UTC+04:00)

Bunu Milli Məclisin sədri Sahibə Qafarova bu gün TÜRKPA-nın Qazaxıstanın Türküstan şəhərində keçirilən 10-cu plenar iclasında Zəngəzur dəhlizinin inşasının strateji əhəmiyyətindən danışarkən deyib.

Onun sözlərinə görə, bu böyük qələbənin önəmli nəticələrindən biri də türkdilli ölkələr arasında birbaşa əlaqə yaradacaq Zəngəzur dəhlizinin inşası üçün tarixi bir imkan yaranmasıdır: "İndiyədək bölgədə uğurla həyata keçirilmiş transmilli enerji - nəqliyyat layihələri ilə birlikdə bu dəhliz türk dövlətləri arasında əməkdaşlığın güclənməsi üçün tamamilə yeni perspektivlər açacaq".