Daha bir NİDA üzvünün həbs müddəti uzadıldı

24 İyun 2013 13:51 (UTC+04:00)
Bu gün Nəsimi rayon Məhkəməsində N!DA Vətəndaş Hərəkatının həbsdə olan koordinatoru Zaur Qurbanlının həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəmə prosesi keçirilib.

Bu barədə AzNews.az-a hərəkatın mətbuat xidmətinən məlumat daxil olub. Məlumatda bildirilir ki, prokurluğun təqdimatına əsasən, Z.Qurbanlının həbs müddəti 3 ay da artılıb.

Qeyd edək ki, Z.Qurbanlı Cinayət Məcəlləsinin 228.3 maddəsi ilə (mütəşəkkil olaraq qanunsuz odlu silah saxlama, partlayıcı maddə və qurğular əldə etmək) ittiham olunur. O, talassemiya xəstəliyindən əziyyət çəkir.

Anar
AzNews.az