40 il sonra “facebook“da qovuşdular – Ailə dramı

24 İyun 2013 14:28 (UTC+04:00)
40 il sonra atanın biganəliyi ucbatından ayrı qalmış ailə üzvləri facebook sosial şəbəkəsi vasitəsi ilə bir-birinə qovuşublar.

Rusiya mətbuatının yazdığı məlumata görə, düz 40 il öncə Naomi adlı qız atası tərəfindən Kosta-Rikadan ABŞ-a aparılaraq azdırılmışdı. Atasının kasıbçılıq ucbatından bu hərəkəti etdiyi deyilsə də, Naomi bunu valideynlərinə bağışlamayacağını deyir.

"Onlar məni azdıranda cəmi 5 yaşım var idi. Atam niyə mənə qarşı bu addımı atdı, hələ də bilmirəm. Məndən başqa ailədə neçə uşaq var idi. Axı niyə məhz mən? Atam anama yalan söyləmişdi ki, guya mən yolda ölmüşəm. O vaxt mən xəstə idim və atam məni Amerikaya müalicəyə aparmışdı. Düz 40 sonra tapdılar məni. Mən facebook-da hesab açmışdım. Və bu illər ərzində başıma gələnləri demək olar ki, hər gün status formasında yazırdım. Bilmirəm necə, ancaq bacı və qardaşlarım məni tapdı. Bu çox çətin anlar idi. Mən bilmirdim nə reaksiya göstərəm. Onlar axı mən atmışdılar. İndi mənim onlara ehtiyac yoxdur. Ancaq dediyinə görə, anam 40 il yolumu gözləyib. Bağışlamağa çalışacam", - deyə Naomi bildirib.

Aynur Hüseynova
AzNews.az